İspaniya millisinin və “Barselona”nın sabiq futbolçusu Jerar Pike maraqlı fikir səsləndirib. Matc.az xəbər verir ki, keçmiş müdafiəçi futbolda oyunların heç-heçə yekunlaşmasının qarşısını almaq barədə düşünməyi məsləhət görüb.

Onun fikrincə, bu, futbola olan marağı azaldır:

“Media Liqasını yaratmağımızın səbəblərindən biri də uşaqlarımın matça baxdığını görməyimdir. Görüş başladıqdan sonra 10 dəqiqə ərzində onlar artıq öz telefonlarında və planşetlərində olurlar, eyni zamanda başqa şeylərə diqqət yetirirlər. Futbol əyləncədi və təkcə digər idman növləri ilə deyil, axın platformaları və sosial şəbəkələrlə də rəqabət aparır. Hər kəsin məhdud vaxtı var. 90 dəqiqəlik futbol o qədər də maraqlı deyil. Xalı artırmağın və ya oyunun heç-heçə bitməsinin qarşısını almağın yollarını tapmalıyıq. Beyzbol və basketbolda bunlar yoxdu. Bir oyuna gedirsən və o, heç-heçə ilə başa çatır”.

Qeyd edək ki, 37 yaşlı Jerar Pike 2008-2022-ci illərdə “Barselona”nın formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest