Doniell Malen mövsümün sonunda Dortmund “Borussiya”sından ayrılacaq. Matc.az xəbər verir ki, 25 yaşlı vinger bu istəyini rəhbərliyə çatdırıb.

Niderland millisinin üzvü uğrunda “Liverpul”, “Arsenal” və Premyer Liqanın digər bir neçə klubu mübarizə aparır. Ancaq “Mançester Yunayted” onun keçidi barədə düşünmür. Malenin təxminən 40-50 milyon avro qarşılığında klubunu dəyişməsi gözlənilir.

Qeyd edək ki, Doniell Malen bu mövsüm Bundesliqada keçirdiyi 23 oyunda 11 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest