19 Mart 2024, 17:27
FUTBOL
“Mançester Siti” icarə əsasında “Barselona”da çıxış edən Joao Kanselo ilə bağlı qərarını verib. Matc.az xəbər verir ki, Portuqaliya millisinin üzvünün performansından məmnun qalan İspaniya klubu onu gələn mövsüm də heyətdə saxlamaq fikrindədi.
İngilislər də oyunçusu ilə vidalaşmağa hazırdı. Lakin “şəhərlilər” onu yenidən icarəyə vermək niyyətində deyil. Klub rəhbərliyi Kanselonu yalnız birdəfəlik transferlə yola salmağı planlaşdırır. Ancaq kataloniyalıların buna büdcəsi çatmaya bilər.
Qeyd edək ki, Joao Kanselo mövsümün əvvəlində birillik “Barselona”ya icarəyə verilib. Onun “Mançester Siti” ilə müqaviləsi 2027-ci ilə qədərdi.