“Bavariya” yarımmüdafiəçi Camal Musiala ilə yeni müqavilə bağlamaq niyyətindədi. Matc.az xəbər verir ki, Münhen klubu tezliklə gənc oyunçunun menecerləri ilə danışıqlara başlayacaq.

Almaniya təmsilçisi hazırda yeni sözləşmənin şərtləri üzərində çalışır. Musialanın anlaşmasını uzatması rəhbərliyin yaxın gələcək üçün əsas hədəfidi. Eyni zamanda İngiltərə Premyer Liqasının bir neçə nəhəng klubu da onunla maraqlanır.

Qeyd edək ki, Camal Musiala 2019-cu ildən “Bavariya”da çıxış edir. Onun Münhen klubu ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest