19 Mart 2024, 15:56
FUTBOL
FIFA tərəfindən ilk dəfə Bakıda təşkil olunacaq “FIFA series – Edition 2024” layihəsində mübarizə aparacaq Azərbaycan millisinin heyətində dəyişiklik olub. Matc.az xəbər verir ki, yarımmüdafiəçi Aleksey İsayev heyətdən çıxarılıb.
Buna səbəb “Qarabağ”ın futbolçusunun zədələnməsidi.
Qeyd edək ki, millimiz martın 22-də Monqolustan, 25-də Bolqarıstanla qarşılaşacaq. Hər iki oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.