19 Mart 2024, 20:27
FUTBOL
“Fənərbaxça”nın yarımmüdafiəçisi Sebastyan Şimanski karyerasına İtaliyada davam edə bilər.
Matc.az xəbər verir ki, onunla İtaliyanın "Milan" klubu yaxından maraqlanır. "Rossonerlilər" 24 yaşlı polşalı futbolçu üçün 18 milyon avroluq rəsmi təklif göndərib. Lakin İstanbul təmsilçisi bu təklifi rədd edib.
Futbolçu ilə “Milan”dan başqa, “Napoli” və “Tottenhem” də maraqlanır.