19 Mart 2024, 20:49
FUTBOL
“Borussiya”nın (Dortmund) müdafiəçisi Mats Hummels mövsümün sonunda karyerasını bitirmək niyyətindədir.
Matc.az xəbər verir ki, 35 yaşlı futbolçu artıq özünü meydanda əvvəlki kimi yaxşı hiss etmir. Onun "arılar"la müqaviləsi bu yay başa çatır.
Almaniya millisinin keçmiş üzvü bu mövsüm 29 oyun keçirib və 3 qol vurub.