20 Mart 2024, 09:10
FUTBOL
“Mançester Siti” ciddi itki ilə üzləşib. Matc.az xəbər verir ki, “şəhərlilər”in aparıcı futbolçusu Erlinq Haland sıradan çıxıb.
Hücumçu Norveç millisinin məşqi zamanı zədələnib. Məşqi erkən tərk edən Haland meydançanı axsayaraq tərk edib. İndi o, nəiki Çexiya və Slovakiya ilə yoldaşlıq görüşlərini, hətta Premyer Liqanın XXX turu çərçivəsində “Arsenal”la martın 31-də baş tutacaq matçı da buraxa bilər.
Qeyd edək ki, Erlinq Haland bu mövsüm “Mançester Siti”nin heyətində bütün turnirlərdə 34 oyun keçirib, 29 qol vurub, 6 məhsuldar ötürmə verib.