Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CİES) Azərbaycan Premyer Liqasının ən dəyərli 10 futbolçusunu açıqlayıb. Matc.az xəbər verir ki, siyahıda 6 oyunçu “Qarabağ”ın şərəfini qoruyur.

Onlardan 4-ü hətta ilk pillələrdə qərarlaşıb. Çempionatımızın ən dəyərli üzvü Ağdam klubunun yarımmüdafiəçisi Leandro Andradedi. Onu komanda yoldaşı olan Azərbaycan millisinin oyunçusu Toral Bayramov izləyir. İlk “üçlüy”ü isə son çempionun qol ümidi Juninyo qapayır.

1. Leandro Andrade (“Qarabağ”) – 3,3 milyon avro

2. Toral Bayramov (“Qarabağ”) – 2,4 milyon

3. Juninyo (“Qarabağ”) – 2,2 milyon

4. Elvin Cəfərquliyev (“Qarabağ”) – 1,8 milyon

5. Kahim Parris (“Sabah”) – 1,3 milyon

6. Suleyman Alluş (“Səbail”) – 1,2 milyon

7. Marko Yankoviç (“Qarabağ”) – 1 milyon

8. Ayxan Süleymanlı (“Sumqayıt”) – 900 min

9-10. Salifu Suma (“Zirə”) – 800 min

9-10. Julio Romao (“Qarabağ”) – 800 min

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest