20 Mart 2024, 10:32
FUTBOL
Belçika millisinin sabiq futbolçusu Eden Azar karyerasını bərpa edəcəyi ilə bağlı sualı cavablandırıb. Matc.az xəbər verir ki, “Çelsi”nin sabiq hücumçusu futboldan ötrü darıxdığını gizlətməyib.
Lakin o, karyerasını bərpa etmək niyyətində olmadığını söyləyib: “Belə düşünürəm, amma çoxlu zədələrim olduğu üçün futbolu bitirmək qərarına gəldim. Heç nəyə peşman deyiləm. Hər şeyi bəyənirəm. Futbol üçün bir az darıxıram, xüsusən də, paltardəyişmə otağında yoldaşlarımla ünsiyyət qurmaqdan ötrü. Amma indi istədiyimi edə bilirəm. Ailəmi, qardaşlarımı və valideynlərimi görmək üçün Belçikaya gedə bilərəm”.
Qeyd edək ki, Eden Azar 2023-cü ilin oktyabrında 32 yaşında karyerasını başa vurub.