20 Mart 2024, 10:54
FUTBOL
“Mançester Yunayted” müdafiəçisi Rafael Varanla bağlı qərarını qətiləşdirib. Matc.az xəbər verir ki, fransalı futbolçunun müqaviləsi uzadılmayacaq.
Premyer Liqa təmsilçisi 30 yaşlı oyunçuya yeni sözləşmə üçün heç bir təklif etməyib. Tərəflər arasında hər hansı danışıq aparılmayıb. Bu üzdən Varan mövsümün sonunda azad agent kimi komandanı tərk edəcək.
Qeyd edək ki, Rafael Varan Premyer Liqada 19 oyun keçirib, 1 qol vurub.