20 Mart 2024, 11:41
FUTBOL
“Real” qapıçısı Andrey Luninə yeni müqavilə təklif edəcək. Matc.az xəbər verir ki, yaxın vaxtlarda bununla bağlı danışıq olacaq.
“Kral klubu” Ukrayna millisinin üzvünə sərfəli təklif göndərəcək. Danışıqların uğurlu yekunlaşma ehtimalı yüksəkdi. Çünki qolkiper özü də qalmaq arzusundadı. Həmçinin rəhbərlik də onun çıxışından məmnundu.
Qeyd edək ki, 25 yaşlı Lunin 2018-ci ildə “Zorya”dan “Real”a 8,5 milyon avroya keçib. O, bu mövsüm 22 oyunda iştirak edib. 17 qol buraxıb.