İsveç Allsvenskanının ən dəyərli futbolçuları açıqlanıb. Matc.az saytının Beynəlxalq İdman Araşdırmaları Mərkəzinə (CİES) istinadən məlumatına görə, ilk “10-luq”da azərbaycanlı hücumçu da var.

Belə ki, “Yurqorden”in formasını geyinən Musa Qurbanlı İsveç çempionatının ən dəyərli 9-cu oyunçusudu. 21 yaşlı forvardın transferi qiyməti 3,4 milyon avrodu. Qurbanlının daha iki komanda yoldaşı siyahıya düşüb. Belə ki, Lukas Berqvall 5,3 milyonla üçüncü, Tobias Qulliksen isə 4,5 milyonla yeddincidi.

Çempionatın ən dəyərli siması “Malmö”nün yarımmüdafiəçisi Sebastian Nanasidi – 7,9 milyon avro.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest