“Roma”nın sabiq futbolçusu Françesko Totti kluba qayıdıb-qayıtmayacağı ilə bağlı sualı cavablandırıb. Matc.az xəbər verir ki, əfsanəvi oyunçu “canavarlar”da rəhbərlik vəzifələrindən birini tutacağı ilə bağlı xəbəri təkzib edib.

O, “Roma”ya dönmək barədə fikirləşmədiyini vurğulayıb: “Heç vaxt qayıtmayacağam. Hər dəfə bu sualı verirlər. Bir daha “Roma”ya dönməyəcəyəm”.

Qeyd edək ki, Totti 2017-2019-cu illərdə “Roma”nın direktoru vəzifəsində çalışıb. O, 1992-2018-ci illərdə İtaliya klubunun formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest