PSJ-nin hücumçusu Kilian Mbappenin “Real”a transferi Rodriqonun İspaniya klubundakı mövqeyini sarsıda bilər. Matc.az xəbər verir ki, bu üzdən Braziliya millisinin üzvünün komandasını dəyişməsi mümkün ehtimallar arasındadı.

23 yaşlı forvard artıq 4 klubun maraq dairəsinə düşüb. Belə ki, İngiltərə Premyer Liqasının nəhəngləri “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal” və “Liverpul” onu heyətinə qatmaq uğrunda mübarizəyə hazırdılar.

Qeyd edək ki, Rodriqo 2019-cu ildən “Real”ın formasını geyinir. “Sambaçı” cari mövsüm 41 oyunda 13 qol vurub, 8 assist edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest