“Əvvəlki matçlardan daha yaxşısını görmək istəyirəm”. Matc.az xəbər verir ki, bunu Bolqarıstan yığmasının baş məşqçisi İlyan İliyev ölkəsinin mətbuatına açıqlamasında deyib.
Mütəxəssis “FIFA series - Edition 2024” layihəsi çərçivəsində Tanzaniya və Azərbaycana qarşı Bakıda keçiriləcək görüşləri dəyərləndirib: “Bizimlə eyni səviyyədə olan Azərbaycana qarşı oynamaq ekzotika deyil. Tanzaniya Afrika Millətlər Kubokunun iştirakçısı olub. Zəif komandalarla qastrol səfərinə çıxdığımız illüziyası yaratmağa ehtiyac yoxdu. Səviyyəmizdən aşağı komandalarla oynayırıq düşüncəsi ilə meydana çıxmamalıyıq”.
İliyev komandaların bərabər gücdə olduqlarını açıqlaıb: “Biz Millətlər Liqasına hazırlaşırıq. Buradakı komandalar təxminən eyni səviyyədədi. İyunda bizdən daha güclülərlə (Rumıniya və Sloveniya) görüşlərimiz olacaq. Çünki onlar Avropa çempionatında oynayacaqlar. Bizə güclü rəqiblərlə oynamaq təklifləri var idi. Ancaq Fransa və İngiltərə ilə matçlarda topsuz qalıb müdafiə olunmaq istəmədik”.
Qeyd edək ki, Bolqarıstan millisi turnir çərçivəsində martın 22-də Tanzaniya, 25-də Azərbaycanla qarşılaşacaq.