20 Mart 2024, 13:28
FUTBOL
Asim Xudiyevə UEFA-dan daha bir təyinat gəlib. Matc.az xəbər verir ki, beynəlxalq dərəcəli hakim-inspektor bu dəfə Yunanıstanda fəaliyyət göstərəcək.
O, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələ oyununda iş başında olacaq. Belə ki, Xudiyev Yunanıstan – Andorra görüşündə hakim-inspektor kimi çalışacaq.
Qeyd edək ki, oyun martın 26-da keçiriləcək.