“Real”ın əsas qapıçısı Tibo Kurtua yenidən zədələnib. Matc.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, uzunmüddətli zədədən qayıdaraq kollektivlə məşqlərə yenicə qoşulan Belçika millisinin üzvü budəfəki zədə sayəsində mövsümü başa vurub.

“Real”ın əsas qapıçısı Tibo Kurtua yenidən zədələnib. Matc.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, uzunmüddətli zədədən qayıdaraq kollektivlə məşqlərə yenicə qoşulan Belçika millisinin üzvü budəfəki zədə sayəsində mövsümü başa vurub. 31 yaşlı oyunçuya sağ dizinin medial meniskinin cırılması diaqnozu qoyulub. Əməliyyat olan Kurtua ən azı 2 ay kollektivə qoşulmayacaq.

Qeyd edək ki, Tibo Kurtua bu mövsüm heç bir görüşdə meydana çıxmayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest