20 Mart 2024, 14:42
FUTBOL
“Arsenal”da yeni müqavilə imzalanıb. Matc.az xəbər verir ki, London klubu Takehiro Tomiyasu ilə əməkdaşlığın müddətini uzadıb.
Sağ cinah müdafiəçisi 2026-cı ilin yayına qədər olan sözləşməsini yeniləyib. Lakin yeni müqavilənin neçə illik olduğu açıqlanmayıb.
Qeyd edək ki, 25 yaşlı yaponiyalı “Arsenal”a 2021-ci ildə “Bolonya”dan keçib.