“Bavariya” mövsümün sonunda baş məşqçi postuna Joze Mourinyonu gətirə bilər. Matc.az xəbər verir ki, Münhen klubu portuqaliyalı mütəxəssisin xidmətində maraqlıdı.

Almanların direktoru Maks Eberl bununla bağlı yayılan xəbərlərə münasibət bildirib: “Təbii ki, hazırda işsiz olan məşqçiləri də nəzərdə saxlayırıq. Joze alman dilini öyrənir? Bu barədə heç nə bilmirəm”.

Qeyd edək ki, Joze Mourinyo son olaraq 2021-ci ildən bu ilin yanvarına qədər “Roma”nı çalışdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest