20 Mart 2024, 18:43
FUTBOL
“Nant”da baş məşqçi dəyişikliyi reallaşıb. Matc.az xəbər verir ki, Joslan Qurvennek vəzifəsindən ayrılıb.
Ardıcıl uğursuz nəticələr onun istefaya göndərilməsinə səbəb olub. Artıq yeni baş məşqçi də bəllidi. Liqa 1 təmsilçisi Antuan Kombuareyə tapşırılıb. O, daha əvvəl 2021-2023-cü illərdə də “Nant”ın baş məşqçisi olub.
Qeyd edək ki, “Nant” hazırda 25 xalla 16-cı yerdədi.