Portuqaliyanın əfsanəvi futbolçusu Luiş Fiqu AVRO-2024-lə bağlı düşüncələrini bölüşüb. Matc.az xəbər verir ki, sabiq yarımmüdafiəçi qitə birinciliyinin favoritlərini açıqlayıb.

O, Portuqaliya yığmasını da bu siyahıda görür: “Portuqaliya çoxlu istedad və təcrübəyə malik dünyanın ən yaxşı komandalarından birinə malikdi. Biz Fransa və İngiltərə ilə birlikdə titul qazanmaq üçün favoritlərdənik. Həm də adi favoritlər var - İspaniya, Almaniya, Belçika”.

Qeyd edək ki, AVRO-2024 iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest