“Bavariya”nın sol cinah müdafiəçisi Alfonso Devis Münhen klubunda qala bilər. Matc.az xəbər verir ki, onun adı “Real”la birgə hallanır.

Lakin almanlar bu həftə futbolçunun nümayəndələri ilə müqavilənin uzadılması məsələsini müzakirə edəcək. “Bavariya” Kanada millisinin üzvünə mövsümdə təxminən 11-13 milyon avro maaş təklif edib. 23 yaşlı oyunçu təklifi qəbul etməsə, klub yayda onu satmaq məcburiyyətində qalacaq.

Qeyd edək ki, Alfonso Devis 2019-cu ildən “Bavariya”da çıxış edir. Onun almanlarla müqaviləsi gələn ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest