“Barselona” yeni baş məşqçi axtarışlarını dayandırıb. Matc.az xəbər verir ki, bu, hazırkı çalışdırıcı Xavi ilə bağlıdı.

Klubun idman direktoru Deko 3-4 namizəddən ibarət siyahı tərtib edib, lakin hələ həlledici mərhələyə keçməyib. Yaxın həftələrdə də bunu etməyi düşünmür. Kataloniyalılar Xavi ilə bağlı məsələni tezliklə həll etməyi düşünür.

Komanda Çempionlar Liqasında yarımfinalına çıxsa, prezident Joao Laporta baş məşqçini daha bir il qalmağa razı salmağa çalışacaq. Əks halda, Deko dayandırılmış işi davam etdirəcək.

Qeyd edək ki, “Barselona” Çempionlar Liqasının 1/4 finalında PSJ ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest