Paris-2024 Yay Olimpiya Oyunlarında futbol yarışının püşkü atılıb. Matc.az xəbər verir ki, püşkatmanın nəticəsinə görə, komandalar 4 qrupa bölünüblər. Son dünya çempionatının finalçısı Fransa A, qalibi Argentina isə B qrupuna düşüb.
Paris-2024 Yay Olimpiya Oyunlarında futbol yarışının püşkü atılıb. Matc.az xəbər verir ki, püşkatmanın nəticəsinə görə, komandalar 4 qrupa bölünüblər.
Son dünya çempionatının finalçısı Fransa A, qalibi Argentina isə B qrupuna düşüb.
Olimpiadada iştirak edəcək 4 komanda hələ bəlli deyil. Belə ki, Asiya qitəsinin seçmə mərhələsindən sonra 3, qitələrarası pley-off yarışının ardından isə 1 komanda turnirə vəsiqə əldə edəcək.
Qrupların tərkibi belə formalaşıb:
A qrupu: Fransa, ABŞ, Qitələrarası pley-offun qalibi, Yeni Zelandiya
B qrupu: Argentina, Mərakeş, Asiya seçməsinin 3-cüsü, Ukrayna
C qrupu: Asiya seçməsinin 2-cisi, İspaniya, Misir, Dominikan Respublikası
D qrupu: Asiya seçməsinin 1-cisi, Paraqvay, Mali, İsrail.
Qeyd edək ki, olimpiadanın final görüşü avqustun 9-da “Park de Prens” stadionunda keçiriləcək.