21 Mart 2024, 09:48
FUTBOL
Almaniya millisi və “Bavariya” ciddi itki ilə üzləşib. Matc.az xəbər verir ki, komandaların kapitanı və əsas qapıçısı Manuel Noyer yenidən zədələnib.
37 yaşlı qolkiper məşq zamanı sol ayağından xəsarət alıb. Tibbi müayinədən sonra sol körpü sümüyü zədələnməsi və əzələ yırtığı diaqnozu qoyulub. Bu isə o deməkdi ki, Noyer yığmanın martın 23-də Fransa, 26-da isə Niderlanda qarşı keçirəcəyi yoldaşlıq görüşlərini buraxacaq.
Qeyd edək ki, Manuel Noyer daha öncə zədə ucbatından 9 ay futboldan uzaq qalmışdı.