Bakıda aşağı yaş qrupu komandalarının iştirakı ilə beynəlxalq turnir keçirilib. Matc.az xəbər verir ki, “Göztəpə Bakı” Futbol Məktəbinin təşkilatçılığı ilə “Dostluq Turniri”də U-10 və U-12 komandaları mübarizə aparıblar.

Yarışda “Zəngəzur”, “Qalatasaray Bakı”, “Trabzonspor Bakı”, “Göztəpə Bakı”, “Adana Demirspor Bakı”, “Turan Tovuz”, “Futbol Master” (Qazaxıstan) və “Manqıştau” (Qazaxıstan) yer alıb.
“Turan Tovuz”un hər iki yaş qrupu komandası müvafiq olaraq Seymur Tağıyev və Elxan Abdıyevin rəhbərliyi altında keçirdiyi bütün matçlarda qələbə qazanaraq, çempion olub.
Mükafatlandırma mərasimində “Turan Tovuz”un yeniyetmələrinə çempionluq kubokunu klubun İdarə Heyətinin sədri Ehtiram Quliyev təqdim edib.