21 Mart 2024, 10:10
FUTBOL
Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti dəfə təyinat alıb. Matc.az xəbər verir ki, o, 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələ oyununda iş başında olacaq.
Quliyev Qazaxıstanla Macarıstanın U-21-ləri arasında baş tutacaq qarşılaşmanın hakim inspektoru kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, görüş martın 26-da Qazaxıstanın paytaxtı Almatıdakı “Almaty Ortalyk” stadionunda keçiriləcək.