“Uzun müddət idi komandada deyildim, milli üçün darıxmışdım”. Matc.az xəbər verir ki, bunu 2021-ci ildən sonra ilk dəfə Rusiya yığmasına çağırılan “Qarabağ”ın qapıçısı Andrey Lunyov deyib.

Təcrübəli qolkiper “Match TV”yə açıqlamasında nostalji anlar yaşadığını söyləyib: “Nostalji anlar yaşayıram. Tanış olduğunuz, uzun müddət görmədiyiniz insanlardan dərhal belə duyğular. Ən azı iki matçdan birində oynamaq istərdim. Təbii ki, hər iki görüşdə iştirak etmək əla olardı. Ancaq vəziyyəti başa düşməliyik. Dörd qapıçımız var, yəqin ki, hamıya vaxt verilməlidi”.

Qeyd edək ki, Rusiya millisi bu gün Serbiya, martın 25-də isə Paraqvayla yoldaşlıq görüşü keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest