21 Mart 2024, 12:19
FUTBOL
San Marino millisi yoldaşlıq görüşündə Sent-Kitts və Nevis komandasına 1:3 hesabı ilə məğlub olub. Matc.az xəbər verir ki, San marinolular bu görüşdə tarixi rekorda imza atıblar.
Belə ki, komanda ilk dəfə ardıcıl 4-cü matçda fərqlənməyi bacarıb. Sent-Kitts və Nevislə qarşılaşmada yeganə topun müəllifi Filippo Berardi olub. Buna qədər komanda AVRO-2024-ün seçmə mərhələsində ardıcıl üç oyunda - Danimarka (1:2), Qazaxıstan (1:3) və Finlandiya (1:2) ilə görüşlərdə qol vurub.
Qeyd edək ki, Fabritsio Kostantininin yetirmələri seçmə mərhələsinin H qrupunda keçirdiyi 10 oyunun hamısında məğlub olub. Bu görüşlərdə 3 qol vuran San Marino öz qapısından 31-ni buraxıb.