Fransa Liqa 1-də ən çox maaş alan futbolçularının adları açıqlanıb. Matc.az xəbər verir ki, “L'Equipe” nəşri bununla bağlı araşdırma aparıb.
Maraqlıdı ki, siyahının ilk 10 pilləsindəki oyujnçuların hamısı PSJ-nin üzvləridi. Cədvələ Kilian Mbappe başçılıq edir. Hücumçunun aylıq məvacibi 6 milyon avrodu.
Liqa 1-də ən çox maaş alan 10 futbolçu:
1. Kilian Mbappe - ayda 6 milyon avro
2-3. Usman Dembele - 1,2 milyon
2-3. Markinyoş - 1,2 milyon
4-5. Lukas Ernandes -1,1 milyon
4-5. Milan Şkrinyar - 1,1 milyon
6. Canluici Donnarumma - 849,5 min
7. Marko Asensio - 831 min
8. Randal Kolo Muani - 750 min
9. Əşrəf Hakimi - 738 min
10. Nordi Mukiele - 700 min
Qeyd edək ki, hazırda PSJ 59 xalla turnir cədvəlinə liderlik edir.