FİFA Türkiyə klublarına sanksiya tətbiq edib. Matc.az xəbər verir ki, ali futbol qurumu Superliqanın 5, I Liqanın isə 1 komandasına transfer qadağası qoyub.

Cəzalandırılanlar sırasında Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin şərəfini qoruduğu “Adana Dəmirspor” da var. Adana təmsilçisi ilə yanaşı, Superliqanın digər iştirakçıları “Antalyaspor”, “Ankaragücü” və “Konyaspor”a 3 dönəm transfer qadağası təbiq edilib. “Kayserispor”un cəzası isə müddətsizdi.

I Liqa iştirakçılarından “Eyüpspor” da qarşıdakı 3 transfer dönəmində heyətinə yeni oyunçu qata bilməyəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest