“Yuventus”, “İnter” və “Çelsi”nin sabiq baş məşqçisi Antonio Konte Almaniyada işləyə bilər. Matc.az xəbər verir ki, “Bavariya” italiyalı mütəxəssisi baş məşqçi postuna əsas namizəd kimi seçib.

Ancaq tərəflər arasında danışıqlara hələ start verilməyib. 54 yaşlı mütəxəssis özü Münhen klubunu çalışdırmağın əleyhinə deyil. Ancaq hər şey onun tələbindən asılıdı.

Qeyd edək ki, “Bavariya”nın hazırkı çalışdırıcısı Tomas Tuxel mövsümün sonunda komandanı tərk edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest