“Barselona”nın idman direktoru Deko baş məşqçi axtarışı ilə bağlı danışıb. Matc.az xəbər verir ki, sabiq yarımmüdafiəçi İngiltərə Premyer Liqasında fəaliyyət göstərən mütəxəssislərlə adlarının birgə hallanmasını dəyərləndirib.

O, heç bir məşqçi ilə danışıq aparmadıqlarını bildirib: “Biz Qvardiola, Klopp və Arteta kimi top-menecerləri qiymətləndiririk. Lakin onlar mövcud deyil. Onlarla heç bir danışıqlar aparılmır, adlarını çəkməyin mənası yoxdu. Biz heç bir məşqçi ilə danışıqlar aparmırıq”.

Qeyd edək ki, “Barselona”nın hazırkı baş məşqçisi Xavi mövsümün sonunda klubu tərk edəcəyini açıqlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest