Azərbaycan millisi 2024-cü ildəki ilk oyununu sabah keçirəcək. Matc.az xəbər verir ki, yığmamız “FİFA Series” çərçivəsindəki ilk matçında Monqolustanla qarşılaşacaq.

Bu, komandamızın martın 22-də keçirəcəyi 4-cü görüşdü. Millimiz tarixində üç dəfə bu tarixdə meydana çıxıb.

Həmin qarşılaşmalardan ikisi Bakıda, biri səfərdə baş tutub. Millimiz martın 22-də nəinki uduzmayıb, heç qol da buraxmayıb. Yoldaşlıq oyunlarında quru hesabla qalib gələn yığma seçmə matçında qolsuz heç-heçə ilə kifayətlənib. idman.biz

Millimizin martın 22-dəki oyunları:

22 mart 1997. Bakı. Yoldaşlıq oyunu. Azərbaycan – Türkmənistan - 3:0

22 mart 1998. Bakı. Yoldaşlıq oyunu. Azərbaycan – Moldova - 1:0

22 mart 2013. DÇ-2014-ün seçmə oyunu. Lüksemburq. Lüksemburq - Azərbaycan - 0:0

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest