“Atletiko Mineyro”nun baş məşqçisi Luis Felipe Skolari istefa verib. Matc.az xəbər verir ki, 75 yaşlı mütəxəssis rəhbərliklə görüşdən sonra bu qərara gəlib.

Tərəflər müqavilənin qarşılıqlı razılıqla ləğvi barədə qərar qəbul ediblər.  Lakin bu istefanın səbəbi hələ açıqlanmayıb.

Qeyd edək ki, Luis Felipe Skolari “Atletiko Mineyro”nun sükanı arxasına ötən ilin yayında keçmişdi. Komanda Mineyro Liqasında finalına yüksəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest