“Nottingem Forest”in müdafiəçisi Murilyo karyerasını İspaniyada davam etdirə bilər. Matc.az xəbər verir ki, “Barselona” 21 yaşlı oyunçunu transfer etməyi planlaşdırır.

Kataloniyalılar keçidin reallaşması üçün Premyer Liqa təmsilçisi ilə danışıqlara başlayıb. La Liqa klubu Jül Kunde və Andreas Kristenseni yayda satmağı planlaşdırır. Murilyo da yaranacaq boşluğu doldurmağa namizəddi.

Murilyo həmçinin “Liverpul”, “Arsenal”, “Mançester Yunayted” və PSJ kimi digər nəhənglərin də diqqət mərkəzindədi.

Qeyd edək ki, braziliyalı mərkəz müdafiəçisi “Nottingem Forest”ə ötən il “Korintians”dan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest