“Fərqli futbol mədəniyyətlərinə malik komandalarla oynayacağıq”. Matc.az xəbər verir ki, bunu Azərbaycan millisinin müdafiəçisi Bəhlul Mustafazadə deyib. Futbolçu Bakıda təşkil olunacaq “FİFA series - Edition 2024” layihəsi çərçivəsində Monqolustanla keçiriləcək oyun öncəsi mətbuat konfransında fikirlərini bölüşüb.

“Fərqli futbol mədəniyyətlərinə malik komandalarla oynayacağıq”. Matc.az xəbər verir ki, bunu Azərbaycan millisinin müdafiəçisi Bəhlul Mustafazadə deyib.

Futbolçu Bakıda təşkil olunacaq “FİFA series - Edition 2024” layihəsi çərçivəsində Monqolustanla keçiriləcək oyun öncəsi mətbuat konfransında fikirlərini bölüşüb.

O, sabahkı qarşılaşmanın komandası üçün yaxşı təcrübə olacağını düşünür: “Bizim üçün yaxşı təcrübə olacaq. Qarşıdakı iki oyunda həm yaxşı oyun göstərməyə, həm də qələbə qazanmağa çalışacağıq. Düşərgədə ab-hava yüksəkdi. Plana uyğun çalışmalarımızı davam etdiririk”.

Onun fikrincə, sıx qrafikdə çıxış etmələri “Qarabağ”ın oyunçularına təsir göstərməyəcək: “Millidə nə olur-olsun, yorğunluğa baxmayaraq, hamı ikiqat çalışır”.

Mustafazadə Avropa Liqasının 1/8 final mərhələsində “Bayer”lə görüşün sonlarında yaxın məsafədən qaçırdığı qol epizoduna da toxunub: “Bayer”ə qarşı iki gözəl oyun keçirdik. Azərbaycan xalqı bu mübarizədən məmnun qaldı. Uduzmağımız psixoloji cəhətdən problem yaratmadı. 100 milyonluq futbolçu 5 metrdən qapıya düşmürsə, mənim də şansımı qaçırmağımda ciddi problem yoxdu”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest