“Barselona”nın baş məşqçisi Xavi İspaniya çempionatında 2 oyunluq cəzalandırılıb. Matc.az xəbər verir ki, mütəxəssis La Liqada “Atletiko” ilə görüşün (3:0) birinci hissəsində qırmızı vərəqə alıb.

Hakimlərlə mübahisə edən Xavi baş hakim Xose Mariya Sançes tərəfindən 2 dəqiqə ərzində iki sarı vərəqə alıb.

İspaniya Kral Futbol Federasiyasının (RFEF) yarış komitəsi Xavini 2 oyunluq diskvalifikasiya etmək qərarına gəlib. Kataloniyalılar buna görə, etirazını bildirib.

Cəza qüvvədə qalsa, Xavi “Las Palmas” və “Kadis”lə matçları buraxacaq və “Real”a qarşı “El Klasiko”da texniki zonada olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest