İngiltərə Premyer Liqasında ən çox maaş alan futbolçuların adları açıqlanıb. Matc.az xəbər verir ki, siyahının ilk iki pilləsində “Mançester Siti”nin oyunçuları qərarlaşıb.

Premyer Liqanın ən yüksək ödənişli futbolçusu Kevin De Bruynedi. Belçikalının aylıq məvacibi 2,02 milyon avrodu. İkinci sırada onun komanda yoldaşı Erlinq Haland yer alıb. Norveçli forvard ayda 1,9 milyon avro qazanır.

Növbəti yerləri “Liverpul”un hücumçusu Məhəmməd Salah və “Mançester Yunayted”in yarımmüdafiəçisi Kasemiro bölüşür - 1,77 milyon avro. “Mançester Yunayted”in müdafiəçisi Rafael Varan 1,72 milyonla ilk “beşliy”i qapayır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest