21 Mart 2024, 20:43
FUTBOL
“Nyukasl”ın müdafiəçisi Sven Botman uzun müddətə sıradan çıxıb. Matc.az xəbər verir ki, o, zədə səbəbindən mövsümün qalan hissəsini buraxacaq.
Botman İngiltərə Kubokunun 1/4 final mərhələsində “Mançester Siti” ilə qarşılaşmada (2:0) çarpaz bağ zədəsi alıb. 24 yaşlı niderlandlı futbolçu əməliyyat olunacaq. Onun bərpa dönəmi 6-9 ay çəkəcək.
Qeyd edək ki, Sven Botman cari mövsüm bütün turnirlərdə 22 oyunda 2 qol vurub, 2 məhsuldar ötürmə verib.