21 Mart 2024, 21:26
FUTBOL
Fransanın gənclərdən ibarət yığmasının baş məşqçisi Tyerri Anri “Atletiko”nun hücumçusu Antuan Qrizmannı fərqləndirib. Matc.az xəbər verir ki, o, Qrizmannla Mbappeni müqayisə edib.
“Çox işin istedad olduğunu deyənlər Qrizmannı unutmamalıdı. Qrizmann indiyə qədər mövcud olan ən aşağı qiymətli oyunçudu. Biz tez-tez Kilian Mbappe haqqında o qədər danışırıq ki, mən hətta onu danlamağın tərəfdarıyam. Amma Qrizmannın ötürmələrinə və qollarına baxın. Tarixdə kim dörd hücum mövqeyinin hamısında oynaya bilər? Qrizmann azsaylı belə oyunçulardandı”.
Qeyd edək ki, Qrizmann bu mövsüm bütün yarışlarda 38 matçda 19 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.