21 Mart 2024, 22:15
FUTBOL
“L'Equipe” nəşri Almaniya çempionatında ən çox maaş alan futbolçuların siyahısını açıqlayıb. Matc.az xəbər verir ki, reytinqin yuxarı pillələri “Bavariya”nın oyunçularına aiddi.
Ən yüksək maaşı hücumçu Harri Keyn alır - 2,1 milyon avro. İkinci və üçüncü yerləri qapıçı Manuel Noyerlə hücumçu Tomas Müller bölüşürlər - 1,66 milyon avro. Dördüncü və beşinci sıraları yarımmüdafiəçilər Kinqsli Koman və Serj Qnabri (1,42 milyon) bölüşürlər.
Qeyd edək ki, “Bavariya” Bundesliqanın 26 turundan sonra 60 xalla ikinci pillədə qərarlaşıb.