“Neftçi” klubu bəyanat yayıb. Matc.az xəbər verir ki, Bakı təmsilçisi transfer söz-söhbətlərinə aydınlıq gətirib. 
 
Bildirilib ki, mətbuatda yazılanlar həqiqəti əks etdirmir:
 
"Son günlər mətbuatda mövsümün sonunda “Neftçi”dən ayrılacaq futbolçular barədə xəbərlər yazılır. “Neftçi” PFK olaraq bildiririk ki, yayılan bu xəbərlər şayiədən ibarətdi, həqiqəti əks etdirmir. Hazırda hər hansı bir futbolçumuzun komandanı tərk edəcəyi ilə bağlı qərar qəbul edilməyib". 
 
Əlavə olunub ki, futbolçularla bağlı qərar mövsümün sonunda veriləcək: "Cari mövsüm yekunlaşdıqdan sonra oyunçuların göstərdiyi performansa əsasən kimin komandada qalıb-qalmayacağı bəlli olacaq.
 
Bir daha xatırladırıq ki, media nümayəndələrinin bu kimi xəbərləri dərc etməmişdən əvvəl “Neftçi” PFK mətbuat xidmətindən klubun rəsmi mövqeyini öyrənməsi xahiş olunur".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest