AVRO-2024-ün final mərhələsinə vəsiqə uğrunda pley-offun yarımfinal oyunları keçirilib. Matc.az xəbər verir ki, baş tutan 6 görüşdən sonra finalçılar müəyyənləşib.

A Liqasından Polşa, Uels, B Liqasından Ukrayna, İslandiya, C Liqasından Gürcüstan və Yunanıstan həlledici matçda iştirak hüququ əldə edib.

AVRO-2024

Pley-off, yarımfinal oyunları

A Liqası

Polşa - Estoniya - 5:1

Uels - Finlandiya - 4:1

B Liqası

Bosniya və Herseqovina - Ukrayna - 1:2

İsrail - İslandiya - 1:4

C Liqası

Gürcüstan - Lüksemburq - 2:0

Yunanıstan - Qazaxıstan - 5:0

Finalın cütlükləri

A Liqası

Uels  - Polşa

B Liqası

Ukrayna - İslandiya

C Liqası

Gürcüstan - Yunanıstan

Qeyd edək ki, finallar martın 26-da keçiriləcək. Finalın üç qalibi Almaniyada keçiriləcək Avropa çempionatına vəsiqə qazanacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest