22 Mart 2024, 21:52
FUTBOL
İlk dəfə Bakıda təşkil olunan “FIFA series – Edition 2024” layihəsi çərçivəsində bu gün ilk oyunlar keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan millisi də 2024-cü ildə ilk qarşılaşmasına çıxıb.
Yığmamız Monqolustanla üz-üzə gəlib. Arif Əsədovun yetirmələri rəqibi Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edib. Yığmamız Bəhlul Mustafazadənin son dəqiqələrdə vurduğu yeganə qolla qələbə qazanıb.
Digər oyunda Bolqarıstanla Tanzaniya qarşılaşıb. “Liv Bona Dea Arena”da keçirilən matçda bolqarlar 1:0 hesablı qələbə qazanıb.
“FIFA series – Edition 2024”
22 mart
Azərbaycan – Monqolustan - 1:0
Qol: Bəhlul Mustafazadə, 90+1
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu. Baş hakim: Zorbay Küçük (Türkiyə)
Azərbaycan: 12. Rza Cəfərov, 3. Elvin Cəfərquliyev, 9, Renat Dadaşov, 7.Cosqun Diniyev, 15. Bədavi Hüseynov, 10. Ozancan Kökçü, 8.Emin Mahmudov, 4.Bəhlul Mustafazadə, 19. Filip Ozobiç, 2. Amil Seydiyev, 11. Ramil Şeydayev
Məşqçi: Arif Əsədov
Monqolustan: 1. Munkerdene, 17. Amaraa, 6. Amgalanbat, 2. Bat-erdene, 8.Batmunh, 5.Chinzoriq, 4. Qreyt-old, 9.Oyunbaatar, 3.Purevdorj, 18. Uganbayar.
Baş məşqçi: Otsuka