22 Mart 2024, 09:41
FUTBOL
Serbiya millisinin futbolçusu Duşan Tadiç tarixə düşüb. Matc.az xəbər verir ki, o, Rusiya yığması ilə yoldaşlıq görüşündə bunu reallaşdırıb.
35 yaşlı yarımmüdafiəçi yığmanın heyətində 105-ci matçını keçirib. Bununla o, Branislav İvanoviçin rekordunu təkrarlayıb. Tadiç 2008-ci ildən Serbiya millisində çıxış edir.
Qeyd edək ki, serblər Rusiyaya 0:4 hesabı ilə məğlub olub.