KONKAKAF Millətlər Liqasında yarımfinal mərhələsinin oyunları keçirilib. Matc.az xəbər verir ki, ABŞ Yamaykaya, Meksika Panamaya qalib gəlib.

ABŞ əsas vaxtı 1:1 bitən görüşün əlavə vaxtında vurduğu qollarla 3:1 hesablı qələbə qazanıb. Meksika isə rəqibinin qapısından 3 cavabsız top keçirib - 3:0.

Beləliklə, ABŞ-la Meksika finalda qarşılaşacaq. Həlledici matç martın 25-də olacaq. Həmin gün Yamayka ilə Panama bürünc medallar uğrunda üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest