22 Mart 2024, 10:01
FUTBOL
Bu ay iki yoldaşlıq görüşü keçirəcək Türkiyə millisinin heyətində dəyişiklik olub. Matc.az xəbər verir ki, 2 futbolçu əsas komandadan kənarlaşdırılıb.
Belə ki, Semih Kılıçsoy və Ahmetcan Kaplan düşərgəni tərk edib. Onlar ölkənin U-21 millisinə kömək edəcəklər. Bu komanda martın 26-da Avropa çempionatının seçmə mərhələsində İtaliya ilə səfərdə üz-üzə gələcək.
Qeyd edək ki, Türkiyə millisi bu gün Macarıstan, martın 26-da isə Avstriya ilə yoldaşlıq görüşü keçirəcək.