22 Mart 2024, 10:11
FUTBOL
“Beşiktaş”ın sabiq baş məşqçisi Rıza Çalımbay Azərbaycan millisini çalışdıra bilər. Matc.az xəbər verir ki, bunu 61 yaşlı mütəxəssis özü açıqlayıb.
O, Türkiyədə “Sabah” qəzetinə açıqlamasında AFFA-dan təklif gözlədiyini vurğulayıb: “Azərbaycan tərəfindən hələ rəsmi təklif gəlməyib. Amma adımın yerli milli ilə birgə çəkildiyini eşitmişəm. Təklif gələrsə, Azərbaycan yığmasına rəhbərlik etməyə hazıram”.
Qeyd edək ki, Canni De Byazinin istefasından sonra Azərbaycan millisində baş məşqçi postu boşdu. Rıza Çalımbayın son iş yeri isə ötən il “Beşiktaş” olub.